İçərisində Azərbaycan vətəndaşları olan gəmi BATDI
Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.
Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabildir və həyatları üçün heç bir təhlükə yoxdur.
Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: