DİM sədri nəticələrin tələbələr tərəfindən yoxlanılmasını TƏSDİQLƏDİ
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib.
Globall.az xəbər verir ki, M.Abbaszadə 2015-ci ildən başlayaraq markerlər kursu yaradıldığını bildirib.
DİM sədri bunun yenilik olmadığını diqqətə çatdırıb:
"Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”. (modern.az)
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: