Avropa İttifaqı Ukraynaya daha 50 milyon avro yardım ayırıb
Avropa İttifaqı Ukraynaya humanitar dəstək məqsədilə daha 50 milyon avro yardım ayırıb.
Report “RBK Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.Bildirilib ki, bu məbləğ müharibədən zərərçəkmiş mülki əhaliyə dəstək üçündür: “Bu vəsait səhiyyə, su, işıqdan məhrum olan, ucqar ərazilərdə yaşayan insanlara ayırılıb”.Qeyd edək ki, bununla da Avropa İtifaqının Ukraynaya ayırdığı yardım 143 milyon avroya çatıb.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: