Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLANIR
Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini nəzərdən keçirir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sayca altıncı olan tədbirlər planı “Sberbank”ın fəaliyyətinə və neft ixracına təsir edəcək.
“Biz Rusiyanın bank sektorunun 37%-ni təşkil edən “Sberbank”a qarşı sanksiyaları nəzərdən keçiririk”, - deyə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bild” nəşrinə məlumat verib.
Yeni sanksiyalar paketi Rusiya neftinə embarqonu nəzərdə tutmur. Lakin bu sahədə müəyyən məhdudlaşdırıcı sanksiyaları işə salacaq.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: