Vilayət Eyvazov onu rəis müavini təyin etdi
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Globall.az oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Qəhrəmanov Rəşadət Məmmədalı oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: