Lvov raketlərlə vuruldu -
6 ölü, 8 yaralı (YENİLƏNDİ)
Lvov vilayətinin qubernatoru Maksim Kozitski Rusiya qüvvələrinin bu gün səhər Lvov şəhərinə atdığı raketlər nəticəsində ölən və yaralananların olduğunu bildirib.
Globall.az xəbər verir ki, Maksim Kozitski atılan raketlər nəticəsində bir sıra obyektlərdə yanğınlar başladığını qeyd edib. Obyektlərə ciddi ziyan dəyib.
“Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı məlumdur. Yaralılar arasında bir uşaq da var", - Kozitski bildirib.
***
Bu gün səhər saatlarında Rusiya silahlı qüvvələri Ukraynanın Lvov şəhərinə bir neçə raket hücumu həyata keçirib.
Globall.az xəbər verir ki, bu barədə KİV-ə Lvov meri Andrey Sadovı bildirib.
Səhər saat 7:44-də bölgədə hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. İlkin məlumata görə, Rusiya hərbçiləri Lvova beş raket zərbəsi endirib.
Zərbələrin nəticələri və hücum nəticəsində mümkün qurbanlar hələ açıqlanmayıb. (modern)