Rusiyanın canlı qüvvə itkiləri 20 600-ə çatdı - Ukrayna
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Globall.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Həmçinin Rusiyay məxsus 790 ədəd tank, 2 041 ədəd zirehli döyüş maşını, 381 ədəd artilleriya sistemi, 130 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 167 ədəd hərbi təyyarəsi, 147 ədəd helikopteri, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 155 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: