BDU-nun tələbəsi 8 ölkənin 22 universitetinə
QƏBUL OLUNUB
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi diplom almadan dünyanın 8 ölkəsinin 22 universitetinə qəbul olunub.
Globall.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, sensasiyalı uğura imza atan tələbə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin IV kursunda təhsil alan Aysu İsmayılovadır.
Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla 8 ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüd ilə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: