Türkiyə İraqda 19 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Kürdüstan İşçi Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb.
Globall.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
Onun sözlərinə görə, “Pençe Kilit Operasyonu” adı verilən əməliyyat İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində olan terrorçu hədəflərə qarşı yönəlib.
Sözügedən əməliyyat həm quru, həm də hava qüvvələri cəlb olunaraq həyata keçirilir.
Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində 19 terrorçunu zərərsizləşdirib.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: