Zelenskidən TƏCİLİ AÇIQLAMA: "Donbas uğrunda savaş başladı"

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 54-cü gününün yekunlarına dair videomüraciətində Rusiyanın Donbass uğrunda döyüşə başladığını təsdiqləyib.
Globall.az Publika.az-a istinadla xəbər verir ki, Ukrayna lideri Rusiya qoşunlarıın uzun müddətdir hazırlaşdıqları Donbass uğrunda döyüşə başlayıblar.
"Bütün ordunun çox əhəmiyyətli bir hissəsi bu hücum üçün cəmləşib. Oraya nə qədər rusiyalı hərbçi gətirilsə də, döyüşəcəyik. Biz özümüzü müdafiə edəcəyik. Bunu hər gün edəcəyik. Biz Ukraynaya aid heç nəyi verməyəcəyik, başqasınınki də bizə lazım deyil”.
Öz növbəsində, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da “müharibənin ikinci mərhələsinin başladığını” bəyan edib və Ukrayna silahlı qüvvələrinə inanmağa çağırıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Donbasdakı hücumunun yeni mərhələsi barədə məlumat verib.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: