Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BMT-dən QORXULU PROQNOZ - Dünyada aclıq başlaya bilər
  • Rusiyadan KRİTİK QƏRAR - Aprelin 1-dən dayandırılır
  • Müharibə bu məhsulun ixracını dayandırdı
  • Dünya üçün BÖYÜK TƏHLÜKƏ - İndiyədək görünməmiş böhran başlayır
  • Dünyada buğdanın qiyməti bahalaşdı
  • Yaxın həftələrdə un və çörəyin qiyməti 30-35 faiz arta bilər

    • Tarix: 20-04-2022, 09:12


    Rusiyanın Ukraynada başlatdığı müharibə dünyada ərzaq qıtlığına səbəb olmaqdadır. Belə ki, Ukraynanın dəniz limanlarını bloklayan Rusiya buğda, qarğıdalı, günəbaxan və sair kənd təsərrüfatı məhsullarının ixracına imkan vermir. Ukrayna hazırda ixracı Avropa istiqamətində avtomobil, dəmiryolu və çayla reallaşdırır. Bu isə lazımi qədər ixrac həyata keçirilməsinə imkan vermir.

    Bundan əlavə, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi qurumunun hesabatına əsasən Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynada kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq. Əsas səbəblər kimi, aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda çoxlu sayda mina və digər sursatların qalması göstərilir: “Kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxundan buğda, arpa, günəbaxan və qarğıdalı əkmək üçün istifadə etmək mümkün olmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər. Çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi” (Azpost.info).

    Qeyd edək ki, Ukraynada əkin sahələrinin azalması ehtimalını nəzərə alan Avropa İttifaqı buğda əkinlərinin sahəsini genişləndirmək barədə qərar qəbul edib. Əslində Avropanın buğdaya tələbatı birlik ölkələri hesabına tam təmin olunur. Lakin AB buğda istehsalını artırmaqla Ukraynadan azalacaq ixracın yerini doldurmaqla, xüsusilə Afrika ölkələrində gözlənilən qıtlığın qarşısını almağa çalışır. Eyni addım ABŞ tərəfindən də atılır. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi buğda, qarğıdalı, günəbaxan əkinlərini genişləndirmək istəyən fermerlərə əlavə dəstək veriləcəyini açıqlayıb. Bu isə 2022-2023-cü il mövsümündə dünyada buğda qıtlığının yaranmasının qarşısını almağa imkan verəcək. Lakin yeni mövsüm buğdasının yığımı başlayana qədər qlobal bazarın tələbatının ödənməsi lazımdır. Mövcud rəqəmlərə nəzər yetirdikdə, əslində bu sahədə də ciddi çətinliyin olmayacağını görmək olar. Belə ki, Ukrayna ixraca yönəldəcəyi buğda həcmlərinin mühüm hissəsini fevralın 13-dək satmışdı. Ölkənin yeni mövsümə qədər gözlənilən buğda ixracı 3-4 milyon ton arasında qiymətləndirilirdi. Bu həcmin Hindistan tərəfindən təmin edilməsi mümkündür. Belə ki, Hindistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən mart-iyun aylarında ölkənin 7 milyon ton həcmində buğda ixracı potensialı vardı. Təsadüfi deyil ki, artıq Ukraynadan buğda alan ölkələrin bir çoxu - Misir, Afrika dövlətləri Hindistanla buğda alqı-satqısına dair razılığa gəliblər.

    Bundan əlavə, limanları bloklayıb Ukraynanın taxıl ixracının qarşısını alan Rusiya özü buğda satışını kəskin şəkildə artırıb. Rusiya Taxılçılar Şurasının açıqladığı məlumata görə, mart ayında bu ölkədən buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artmaqla 1,914 milyon tona çatıb. Gündəlik ixrac 62 min ton təşkil edib ki, bu da ötən ilki göstəricidən 48 faiz yüksəkdir. Amma Rusiyadan digər taxıl məhsullarının - arpanın ixracının 7 dəfədən çox (cəmi 130 min ton), qarğıdalının ixracının 3,58 dəfə(282 min ton) azalması nəticəində ümumi taxıl ixracı 27,3 faiz azalmaqla 2,325 milyon ton təşkil edib.

    Rusiyada 72,5 mln. ton buğda istehsal ediləcək

    Şuranın məlumatına əsasən, iyun ayının 30-dək Rusiyadan 4,5 milyon ton buğda ixracının reallaşdırılması nəzərdə tutulur. İndiyədək ölkədən ixracı nəzərdə tutulan 4,5 milyon ton arpanın 3,37 milyon tonu, 4,5 milyon ton qarğıdalının 1,7 milyon tonu satılıb.

    Göründüyü kimi, reallıqda dünyada əsas ərzaq məhsulu olan buğdanın qıtlığı deyə bir problem yoxdur. Sadəcə, qiymətlərdə bahalaşma müşahidə olunur ki, bunun da bir neçə səbəbi var. Bunlardan birincisi, Ukraynanın ixracının qarşısını alan Rusiyanın öz məhsulunun qiymətini də kəskin artırmasıdır. Fevralda 1 tonu 350 dollara təklif olunan Rusiya buğdası hazırda 410-414 dollaradır. Bu, tonu 427 dollar olan Fransa buğdasından cüzi fərqlənmə deməkdir. Halbuki Rusiya buğdası keyfiyyətinə görə Avropa məhsulundan xeyli geri qalır. Rusiya hətta martın 15-dən Avrasiya İqtisadi İttifaqındakı müttəfiqlərinə əlavə rüsumsuz ixracı dayandırıb ki, daha çox buğdanı baha qiymətə sata bilsin.

    Dünyada buğdanı bahalaşdıran digər səbəb dünya ölkələrinin panikaya düşərək ehtiyaclarından daha çox ehtiyat toplamağa çalışmasıdır. Bu məsələdə həm də Çinin dünya buğda ehtiyatının yarıdan çoxunu öz anbarlarına stoklaması rol oynayır: digər dövlətlər də onun davranışlarını qlobal ərzaq böhranı gözləntisi ilə izah edərək, maksimum çox buğda almağa çalışırlar.

    Bundan əlavə, Qazaxıstan kimi orta bazar oyunçusunun buğda ixracına kvota tətbiq etməsi də qiymətartırıcı təsir göstərir. Belə ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, iyunun 15-dək Qazaxıstandan buğdanın ixracı 1 milyon ton, buğda ununun ixracı isə 300 min tondan yuxarı olmamalıdır.

    Buğda ilə zəngin qonşuları olan Azərbaycanda da hökumət ərzaq ehtiyatlarını çoxaltmaq siyasəti yürüdür. Biznes qaydalarına əsasən idxalçı və ya istehsalçı şirkətlər minimum 2 aylıq ehtiyatlarla işləyirlər. Azərbaycan hökuməti ərzaq idxalçıları və istehsalçılarına daha bir ay üçün ehtiyat toplanmasına subsidiya ayırır. Hökumətdən baş nazir səviyyəsində açıqlanan məlumatlara görə, ölkədə əsas ərzaq məhsulları ehtiyatları kifayət qədərdir.

    Yeri gəlmişkən, Azərbaycanda ərzaq ehtiyatları səfərbərlik ehtiyatları sırasına daxil edilməklə, onların həcmlərinə dair məlumatların açıqlanması qadağan olunur. Milli Məclisdə qəbul edilən qanun dəyişikliyinə əsasən səfərbərlik ehtiyatlarına dair məlumatlar dövlət sirri hesab olunacaq.
    Əlimizdə olan rəsmi statistik məlumatlara istinad etdikdə, məlum olur ki, 2002-ci ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 62 milyon 391.26  min dollar dəyərində 182 min 864.17 ton buğda idxal edib. Bunun 32 min 266,67 tonu mart ayında alınıb. Bu, fevral ayı ilə müqayisədə (56 892,97) 43,3 faiz azalma deməkdir.

    Maraqlıdır ki, aldığımız buğdanın qiymətində ucuzlaşma var. Belə ki, yanvarda 1 ton buğdanın idxalı 346,6 dollara, martda isə 323,5 dollara başa gəlib. Bu, Rusiyadan alışın azalması, Qazaxıstandan daha ucuz məhsulun alışının artması ilə bağlıdır. Belə ki, yanvar-fevralda idxal olunan 150 min 597.50 ton  buğdanın 81 min 783,24 tonu Qazaxıstandan alınıb. Halbuki ötən ilin eyni dövründə buğda idxalımızda Rusiyanın payı 90 faizə yaxın idi.

    Göründüyü kimi, Azərbaycanın buğda aldığı ölkələrdə iyunun 30-dək 5,5 milyon ton (4,5 milyon ton Rusiya, 1 milyon ton Qazaxıstan) buğda ixracı potensialı var və bunun reallaşması üçün hansısa problemin olacağı gözlənilmir. Bu isə o deməkdir ki, ölkə tələbatını təmin edəcək qədər buğda almaqda çətinlik çəkməyəcək. Bu baxımdan, əsas gözləntilər qiymətlərin bahalaşması yönündədir.

    Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
     Vüqar Bayramov

    İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir: “Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib”.

    Millət vəkili hesab edir ki, ərzaq təminatında ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır: “Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət antiinflyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukraynadakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir”.

    İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6 faiz artıb, həcmi isə 2,7 faiz azalıb: “Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 milyon 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30 faiz artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub, Azərbaycan isə buğda tələbatının 80 faizinə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxıstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq - yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında arta bilər".

    Ekspertə görə, indiki durumdan 3 çıxış yolu var: “Biri orta-uzun vədəli, digər ikisi isə qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir. Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25 faizi keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır. Yerdə qalan tələbatın 75 faizi xaricdən alınan buğda ilə ödənilir. Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.
    Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına effektiv dotasiyalar ayrılmalıdır.

    Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir: Qiymət artımının özü problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq"... (musavat.com)

    Oxunub: 384
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.