ÇL-də qrup mərhələsinin ən çox qazanan klubları
Çempionlar Liqasında 2019-2020 mövsümündə qrup mərhələsində iştirak edən klubların gəlirləri açıqlanıb.
Sport.az xarici mətbuata istinadən xəbər verir ki, qrup oyunlarından sonra 7 klub artıq 75 milyon avrodan çox qazanc əldə edib. Klublara 82 milyon avroluq gəlirlə "Bavariya" başçılıq edir. Münhen klubu ilə yanaşı, ilk "üçlük"də "Barselona" (81 milyon avro) və "Yuventus" (80 milyon avro) da yer alıb.
Siyahıda onları "Mançester Siti" (78 milyon avro), "Liverpul" (76 milyon avro), PSJ (75 milyon avro) və "Real" (75 milyon avro) izləyir
Oxunub: 396
Xəbəri paylaş
Paylaş: