Bakıda dəhşətli QƏTL: Gənc qadın 14 yaşlı oğlu tərəfindən öldürüldü
- FOTO (YENİLƏNDİ)
Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Globall.az-a daxil olan məlumatda deyilir:
"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
xxx
Bakıda dəhşətli qətl hadisəsi törədilib.
Globall.az musavat.com-a istinadla xəbər veri ki, hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında baş verib.
Hadisə zamanı öldürülən qadının hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil. İlkin versiyaya görə, qadın oğlu tərəfindən qətlə yetirilib. Hadisə şahidləri qadını 14-15 yaşlı yeniyetmənin törətdiyi bildiriblər. İlkin məlumatlara görə, qadın öncə yerdə yaralı vəziyyətdə qalıb.
Təcili yardım gələnə qədər isə dünyasını dəyişib. Yeniyetmə isə hadisəni törətdikdən sonra qaçıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
xxx
Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib.
Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.