Rusiya Ukraynaya sülh sənədinin layihəsini göndərib -
Cavab gözləyirlər
Rusiya Ukraynaya açıq-aydın mətnləri olan sənəd layihəsini təhvil verib, top artıq Kiyevin tərəfindədir.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kreml sözçüsü qeyd edib ki, Ukrayna tərəfi əvvəllər verdiyi razılaşmalardan daim yayınır və onları dəyişir.
"Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib, orada tamamilə aydın ifadələr işlənib. Top onların tərəfindədir, biz cavab gözləyirik", - deyə Peskov bildirib.
Bununla belə, Putinin mətbuat katibi Ukraynaya göndərilən sənədin məgzini açıqlamayıb.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: