Bəzi əraziləri ələ keçirdik - Kadirov

Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsi Luqansk hərbçiləri ilə birgə xüsusi əməliyyat zamanı bəzi əraziləri ələ keçirib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadirov "Telegram" hesabında yazıb.
Kadirov deyib ki, "Axmat" xüsusi təyinatlılarının əsgərləri LPR hərbçiləri ilə birlikdə Kamennaya və Staraya Krasnyanka yaşayış məntəqələrini ələ keçiriblər. Əməliyyat şəxsi heyət arasında itki olmadan başa çatıb.
O həmçinin bildirib ki, yaxın vaxtlarda döyüşçülər yaşayış məntəqələrini təmizləməli və yerli əhali üçün humanitar yardım təşkil etməli olacaqlar.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: