MİQ imtahanları YENİ QAYDADA keçiriləcək
Müəllimlərin işə qəbulu imtahanları (MİQ) bu il yeni qayda ilə keçiriləcək.
Globall.az xəbər verir ki, bununla bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda məlumat verib.
Onun sözlərinə görə, keçid balı ilə bağlı hansısa proqnoz vermək çətindir: “Sənəd qəbulunun daha erkən başlaması nəzərdə tutulsa da, imtahanlar yay aylarında keçiriləcək”.
Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyeva bildirib ki, müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş əvvəlki imtahanların sualları müəllimlərə təqdim edilə bilər.
“Əvvəlki illərin şəbəkəsindən çıxarılmış test tapşırıqlarını namizədlərə təqdim etməyə çalışırıq. Bununla bağlı hazırlıqlar aparılır. Məqsədimiz müəllimliyə namizədlərin nümunələrə baxıb, sualların mahiyyətini anlaya bilməyidir", - deyə qurum rəsmisi bildirib. (modern.az)