Paşinyan Qarabağa görə Putindən NƏ XAHİŞ ETDİ? -
Moskva görüşünün DETALLARI
"Paşinyanın Moskvaya səfərə gəlməzdən öncə Brüssellə təmasları və bu səfərdən sonra baş tutacaq əlaqələri Qarabağla bağlı yeni planına dəstək almaq üçündür".
Globall.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Rusiyalı siyasi analitik bildirib ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin təkrarlanması üçün Qarabağ ermənilərinə muxtariyyət verməyəcək: "Bu plan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Lakin Paşinyan bununla yanaşı Qarabağda yaşayan ermənilər üçün çox əhəmiyyətli muxtariyyətə nail olmağa çalışır. O, faktiki olaraq elə muxtariyyət istəyir ki, Qarabağ formal olaraq Azərbaycanın tərkibində erməni anklavı olsun.
Erməni baş nazir faktiki olaraq isə Qarabağın Azərbaycandan müstəqil və Ermənistanla sıx əlaqələrə malik olmasına can atır. Ona görə də düşünürəm ki, Paşinyan Azərbaycanın ərazi bötüvlüyünü sənədlə tanımağa hazır olacaq. Lakin bu, ermənilər üçün yüksək səviyyəli muxtariyyət zəmanəti alandan sonra mümkün olacaq. Bu isə təbii ki, Azərbaycanı qane etməyəcək.
Azərbaycan sovet höküməti tərəfindən buraxılan muxtariyyət səhvinin yenidən təkrarlanmasına heç bir halda imkan verməyəcək. Ermənistan və Qərb Azərbaycanın nəyə görə muxtariyyətə qarşı olduğunu başa düşməlidir. Onlar anlamalıdırlar ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin, yüz minlərlə insanın yurd-yuvasından qaçqın düşməsinin təkrarlanmasını istəmir".
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu açıqlayan Ermənistan rəhbərliyi Kremldə yenə mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" haqqda danışıb. Rusiya prezidenti Vladimir Putin isə təkbətək görüşün protokol hissəsində "Dağlıq", "münaqişə" deyil, ancaq Qarabağda problemin olduğunu ifadə edib.