Daha bir azərbaycanlı Ukraynada ruslara
ƏSİR DÜŞDÜ
Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Globall.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qohumu Esmira Qasımova məlumat verib.
O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb: “Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb”.
E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: