Ermənistanın müdafiə naziri Naxçıvanla sərhəddə -
Mühəndis-istehkam işləri görülür
Ermənistanın müdafiə naziri David Tonoyan dünən Azərbaycanla dövlət sərhədinin Naxçıvan istiqamətinə baş çəkib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən müdafiə naziri Naxçıvanla sərhəddəki postlardakı vəziyyətlə, yeni mühəndis-istehkam işlərinin nəticələri ilə tanış olub. Postların təchizatına və arxa cəbhə təminatına dair vəziyyəti araşdırıb.
Xatırladaq ki, Azərbaycan ordusu 2018-ci ilin yazında Naxçıvanda dövlət sərhədi istiqamətində irəliləyərək yeni strateji yüksəkliklərdə möhkəmlənib, habelə Günnüt kəndini azad edib.
Ötən gün Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın da Azərbaycanla sərhəddəki postlara baş çəkdiyi bildirilirdi./Virtualaz.org
Oxunub: 528
Xəbəri paylaş
Paylaş: