Bakıda polis nişanlısını öldürdü, özü isə intihar etdi (YENİLƏNDİ)

Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı müstəntiq imiş.
Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisindəki evdə nişanlısı Günay Cabbarovanı qətlə yetirən Tural Aslanovun rütbəsi mayor olub. O, bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş.
T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
xxx
Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.
O qeyd edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
xxx
Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib.
Globall.az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.
O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: