“Rusiyanın qələbəsi real görünür” - Conson
Böyük Britaniyanın Baş naziri Boris Conson mətbuat konfransı keçirib.
Globall.az xəbər verir ki, jurnalistlər Consondan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının ilin sonuna qədər davam etməsi və sonda rus qoşunlarının qalib gələcəyi ehtimalını necə qiymətləndirdiyini soruşublar.
Conson cavabında Rusiyanın qalib gələcəyini etiraf edib: "Kədərli olan odur ki, bu, real ehtimaldır".
O, həmçinin əlavə edib ki, indi Rusiya Mariupolla quru dəhlizinin təhlükəsizliyini təmin etməyə çox yaxındır. Bundan əlavə, Baş nazir vəziyyətin indiki mərhələdə gözlənilməz olduğundan narahatlığını ifadə edib. (modern.az)
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: