Bu gün Kremldə Müslüm Maqomayevin mahnıları səsləndiriləcək
Bu gün Dövlət Kreml Sarayında “Əsrin tenorları” bədii layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertuarından mahnılar ifa edəcək.
Globall.az Bizim.Media-ya istinadən xəbər verir ki, tədbir müğənninin anadan olmasının 80 illiyi münasibətilə təşkil olunub.
Qeyd edilib ki, proqramda "Gözəllik kraliçası", "Dünyanın ən yaxşı şəhəri", "Toy" kimi məşhur mahnılar yer alacaq. Səhnəyə beynəlxalq müsabiqələr laureatı, Arno Babadjanyanın Beynəlxalq Xatirə Fondunun solisti, Aleksandra Paxmutova təqaüdçüsü, bas-bariton Nikolay Ryabuxa çıxacaq.
Oxunub: 194
Xəbəri paylaş
Paylaş: