İqlim dəyişikliyinin DƏHŞƏTLƏRİ
- VİDEO
İkinci "doodle" Qrenlandiyadandır. Qeyd edilir ki, Qrenlandiya buzlarının çox hissəsi okeanda əriyir.
Üçüncü "doodle" Avstraliyada Böyük Sədd rifinə aiddir. Təsvirdə Lizard adasında mərcan riflərinin məhv olduğu əks edilib.
Son "doodle" Almaniyada Elande meşəsindəndir.
Qeyd edək ki, Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz bu tarixdən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.