Yunanıstan Avropa İttifaqının iclaslarında Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması məsələsini qaldırır. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.“Aİ bizə demir ki, sanksiyalara qoşulun. Ancaq Yunanıstan və Kipr Avropa Birliyinin iclaslarında bu məsələni qaldırırlar. Səbəb məlumdur: onlara turist getməyəcək, yalnız Türkiyəyə gələcək”, – Çavuşoğlu qeyd edib.