ABŞ Ukraynaya 322 milyonluq hərbi yardım ayıracaq
ABŞ Ukraynaya və daha 15 Avropa ölkəsinə 713 milyon dollar həcmində hərbi yardım ayıracaq.
Globall.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevdə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken və Pentaqon rəhbəri Lloyd Ostin açıqlayıb.
Məlumata görə, bu məbləğin 322 milyon dollardan çoxu Ukraynaya ayrılacaq, qalan hissəsi isə Şərqi və Mərkəzi Avropa, Balkan, eləcə də Ukraynaya silah göndərən ölkələr arasında bölüşdürüləcək.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər edib.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: