Dünyanın ən yaşlı insanı öldü
Ginnesin “Rekordlar kitabı”na düşən dünyanın ən yaşlı insanı Yaponiya vətəndaşı Keyn Tanaka 119 yaşında vəfat edib.
Globall.az xəbər verir ki, 2 yanvar 1903-cü ildə ölkənin qərbindəki Fukuokada dünyaya gələn Tanakanın yaşadığı qocalar evindən köçürüldüyü və müalicə aldığı xəstəxanada vəfat etdiyi açıqlanıb.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, Tanakanın ölümündən sonra Yaponiyanın ən yaşlı insanı Osakidən olan 115 yaşlı Tatsumi Fusa olub.
Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınacaq ada yaxın günlərdə aydınlıq gələcək.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: