İlon Mask 44 milyard dollara "Twitter"i aldı
Amerikalı sahibkar İlon Mask "Twitter"i 44 milyard dollara alıb.
Globall.az xəbər verir ki, bu barədə "PR Newswire" tərəfindən yayımlanan press-relizdə deyilir.
"Twitter, Inc." bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb", - press-relizdə deyilir.
Portalın məlumatına görə, tranzaksiya başa çatdıqdan sonra "Twitter" ictimai olmayan şirkətə çevriləcək.
Twitter-in idarə heyətinin müstəqil direktoru Bret Taylor deyib: ""Twitter"in direktorlar şurası İlonun təklifini qiymətləndirmək üçün düşünülmüş və əhatəli proses həyata keçirib. Diqqəti xərc, zəmanət və maliyyələşdirməyə yönəldib”.
Taylor həmçinin qarşıdan gələn sövdələşməni şirkətin səhmdarları üçün "ən yaxşı yol" adlandırıb.
İlon Mask daha əvvəl "Twitter"i ictimai şirkətdən qeyri-ictimai şirkətə çevirmək niyyətində olduğunu açıqlamışdı, bundan sonra onun səhmləri yalnız özəl və ya birjadan satıla və ya dəyişdirilə bilər. (publika.az)