Qayınata keçmiş kürəkənini öldürdü -
QƏTLİN TƏFƏRRÜATI
Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Globall.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, 70 yaşlı Məlikağa Əliyevin qızı Rəvanə Əliyeva bir neçə il əvvəl qonşu Gomuşçu kəndinin sakini, 1985-ci il təvvəllüdlü Məlikov Faiq Mətləb oğlu ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. Amma son vaxtlar cütlük arasında mübahisələr baş verdiyindən onlar 6 ay əvvəl onlar məhkəmə qaydasında boşanıblar. Kənddəki şadlıq evlərindən birində aşpaz işləyən Faiq Məlikov ötən axşam saat 23:30 radələrində iri mətbəx bıçağı götürərək uşaqlarını görmək bəhanəsi ilə keçmiş qaynatasının evinə gəlib. Bu zaman M.Əliyev evdə tək olub.
M.Əliyevlə keçmiş kürəkəni arasında mübahisə yaranıb. M.Əliyev F.Məlikovun əlindəki bıçağı alaraq ona 4 xəsarət yetirib. F.Məlikov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. M.Əliyev hüquq-mühafizə orqanlarına zəng edərək hadisə barədə məlumat verib. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinyət işi açılıb, araşdırma aparılır.
xxx
Salyan Rayon Prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb.
Prokurorluqdan daxil olan məlumatda deyilir: "Aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".