Ərdağanla Putin Ukraynanı
MÜZAKİRƏ ETDİ
Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Globall.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı məsələni müzakirə ediblər.
xxx
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiya ilə Ukrayna arasında danışıqların İstanbulda liderlər səviyyəsinə qaldırılması təklifini təkrarlayıb.
Görüşdə Rusiya-Ukrayna müharibəsində son hadisələr və Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı bildirib ki, İstanbul danışıqlarında sülhə yol açmaq üçün əldə edilən müsbət nəticənin davam etdirilməsi hər kəsin marağındadır.
Atəşkəs, humanitar dəhlizlərin effektiv işləməsi və təhlükəsiz evakuasiyanın vacibliyinə diqqət çəkən prezident Ərdoğan, Türkiyənin hər kəsə zərər verən bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.