Paşinyanın korteji hamilə qadını vurub öldürdü

Ermənistanın Baş nazirini müşayiət edən avtomobil korteji gənc hamilə qadını vurub.
Globall.az modern.az-a istinadla xəbər verir ki, hadisə İrəvandakı Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində baş verib.
Dünənki olay nəticəsinə xəstəxanaya yerləşdirlən 29 yaşlı qadının əvvəlcə bətnindəki körpə ölüb. Daha sonra özü də dünyasını dəyişib.
Nairi Tibb Mərkəzinin baş həkimi Anatoli Qnuni deyib ki, 1,5 saat davam edən təcili reanimasiya tədbirlərinə baxmayaraq, ana və uşağını xilas etmək mümkün olmayıb.
Hadisə İrəvanda Paşinyana qarşı onsuz da kəskinləşən etirazları bir qədər də alovlandırıb.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: