Çində YOLUXMA ARTDI - Əyani dərslər dayandırıldı
Çində koronavirusa yoluxma yenidən artıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, paytaxt Pekinin 2 rayonunda -Tonçjou və Xiçenqdə təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edilib.
Hər iki rayonda orta və ibtidai məktəblərdə, eləcə də peşə-texniki məktəblərdə dərslər distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.
Qeyd edilib ki, aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: