Rus gəmiləri MÜSADİRƏ EDİLDİ - Ukraynaya verildi
Rusiyaya məxsus gəmilər müsadirə olunaraq saxlanmaq üçün Ukrayna Dəniz Limanları Administrasiyasına təhvil verilib.
Globall.az teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidməti və Dəniz Limanları Administrasiyası birlikdə Rusiyanın əmlakının müəyyən edilməsini davam etdirir.
“Dunayda logistika əməliyyatlarında iştirak edən Belarusun “Nadejda” gəmisi və quru yük barjı İzmail limanının sularında aşkar edilib”, - məlumatda bildirilir.
Həmçinin Qara dəniz ərazisində Rusiya Federasiyasına məxsus gəmi də tapılıb. Sahibləri müharibə zamanı “Volqoneft-268” neft tankerini İlliçivsk Gəmiqayırma Zavodunda gizlətməyə çalışaraq gəminin bayrağını Zambiyaya dəyişdiriblər. Ənənəvi olaraq, Ukraynanın dövlət büdcəsinə məcburi ödənişləri minimuma endirmək üçün gəmilərin dəyəri əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilir.
Qeyd olunur ki, gəmilər götürülərək Ukrayna Dəniz Limanları Administrasiyasına təhvil verilib. Onların milliləşdirilməsi məsələsinə səlahiyyətli orqanlar baxacaq.