Azərbaycanın dünyada axtardığı bacılardan biri TUTULDU: Aybəniz 15 il necə gizlənib?

Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Səfərzadə Aybəniz Mirəddin qızının Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən A.Səfərzadə aprelin 26-da saxlanılıb.

Məlumata görə, A.Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.
Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb.
Aybəniz Səfərzadə tutulsa da, Almaz Səfərovanın saxlanılması hələlik mümkün olmayıb.

Qeyd edək ki, 52 yaşlı A. Səfərzadə Bakı şəhər sakinidir. 2007-ci ildə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsilə təqsirli bilinərək, barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub və həbs-qətimkan tədbiri seçilib.
Oxunub: 540
Xəbəri paylaş
Paylaş: