Bizi sanksiyalarla diz çökdürə bilməyəcəklər
“Belarus və Rusiya Qərbin sanksiyalarına tab gətirmək üçün kifayət qədər resurs və texnologiyaya malikdir”.
Globall.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Mogilyov vilayətinə səfəri zamanı bildirib.
“Belarus və Rusiyanı sanksiyalara görə diz çökdürmək mümkün olmayacaq”, - Lukaşenko qeyd edib.
Belarus dövlət başçısının sözlərinə görə, hər iki ölkənin kifayət qədər resursları, texnologiyası və kəşfiyyatı var.
Lukaşenka xatırladıb ki, sanksiyalar onu yeni imkanlar axtarmağa məcbur edib. “Bazar açıqdır, hərəkət etmək lazımdır, ağlamaq yox”, - deyə o əlavə edib.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: