40-dan çox rus təyyarəsini məhv edən "Kiyev kabusu" HƏLAK OLDU - FOTO

Ukraynada müqavimətin simvollarından birinə çevrilən və 40-dan çox Rusiya təyyarəsini vurduğu iddia edilən "Kiyev kabusu" ləqəbli qırıcı pilotun öldüyü açıqlanıb.
Globall.az avropa.info-ya istinadən xəbər verir ki, İngiltərənin "The Times" qəzetinə danışan Ukrayna mənbələri pilotun ölümünü təsdiqləyiblər. Eyni zamanda həyatını itirən pilotun kimliyi də ilk dəfə açıqlanıb.

Ukrayna mənbələri pilotun dəbilqəsi və eynəyinin tezliklə Londonda keçiriləcək hərracda satışa çıxarılacağını bildiriblər.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: