Laçında minaya düşən fəhlə VƏFAT ETDİ
- FOTO (YENİLƏNDİ)
Laçın rayonunda fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Globall.az-a bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən P.Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
O, hospitalda dünyasını dəyişib.
xxx
Dünən Laçında minaya düşən fəhlə vəfat edib.
Globall.az xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.
Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.