"Ölkədə yağ məhsullarının qiymətində artım gözlənilmir" -
AÇIQLAMA
"Azərbaycanda yağ məhsulları - istər duru, istərsə də kərə yağı məhsullarının qiymətində artım gözlənilmir”.
Globall.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində ölkədə yağ məhsullarının defisitinin ola biləcəyinə dair məlumatlar real deyil: "Yanğınla bağlı böyük bir dezinformasiya var. Dəqiqləşdirdim ki, anbarda saxlanılan yağ kütləsi yanmayıb. Onu da deyim ki, Azərbaycanda dünyadakı hərbi-siyasi durumla bağlı neçə aydır ki, ərzaq təhlükəsizliyi ilə bağlı hazırlıqlar gedirdi. Düşünürəm ki, yağ defisiti gözlənilmir. Əhalini izafi, istehlak etdiklərindən artıq yağ məhsulları alaraq, köhnə yağları evlərinə yığmamağa çağırıram. Yağ məhsulları - istər duru, istərsə də kərə yağı məhsullarının qiymətində artım gözlənilmir”.