Ukraynanı 5 milyondan çox insan tərk edib - BMT

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi məlumat yayıb.
Ölkəni tərk edənlərdən 3 milyondan çoxu Polşaya, 817 mindən çoxu Rumıniyaya, 656 mindən çoxu Rusiyaya, 520 minə yaxını Macarıstana, 443 mindən çoxu Moldovaya, 372 minə yaxını Slovakiyaya və 25 mindən çoxu Belarusa keçib.
Qeyd edilir ki, Ukraynanın daha 7,7 milyon vətəndaşı ölkə daxilində məcburi köçkün hesab olunur
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: