Azad olunmuş bu rayonlarda modul tipli xəstəxanalar açılacaq
2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Globall.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
Agentlik rəhbəri bildirib ki, Şuşada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.
Zaur Əliyevin sözlərinə görə, işğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: