Putinin İKİ SSENARİSİ: Mayın 9-dan sonra Ukraynanı nə gözləyir?
ABŞ və Qərb rəsmiləri deyirlər ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.
Bu isə Rusiyanın ehtiyat qüvvələrinin Ukraynanın şərqini və cənubunu işğal etmək cəhdi zamanı tam səfərbər edilməsinə imkan verəcək.
Globall.az xəbər verir ki, CNN-in məlumatına görə, Qərb rəsmiləri bu ssenarini müzakirə etməyə başlayıblar. Hələ ki Rusiya rəsmiləri münaqişənin sadəcə olaraq “denazifikasiya” məqsədi ilə “xüsusi hərbi əməliyyat” olduğunu deyirlər.
"Düşünürəm ki, o, "xüsusi əməliyyatı"ndan qurtulmağa çalışacaq" deyən Britaniyanın müdafiə naziri Ben Vallace bildirib.
Mayın 9-da rəsmi müharibə elanı Rusiya qanunlarına əsasən, Putinə ehtiyat qüvvələri səfərbər etməyə və çağırışçıları savaşa çağırmağa imkan verəcək.
Mayın 9-u üçün digər variantlar arasında Luqansk və Donetskin işğal olunmuş ərazilərinin ilhaqı, cənubda Odessaya hücumun gücləndirilməsi və ya Mariupola tam nəzarətin elan edilməsi də daxildir. (modern.az)