Ruslar bu dəfə Britaniyanı nüvə silahı ilə TƏHDİD EDİR
Britaniyanın Rusiyanı hədələməsi və Ukraynaya ölümcül silahlar verməyə davam ediləcəyi barədə açıqlaması Moskvada ciddi narazılıq doğurub.
Globall.az xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan proqramda aparıcı Dmitri Kiselyov Britaniyanı hədələyərək, bu ölkənin necə vurulacağını xəritədə izah edib.
Jurnalist deyib ki, rus raketi "Sarmat" İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər. D. Kiselyov çıxışında ötən illərdə səsləndirilən “robot sualtı sistemi “Poseidon” İngiltərəni dənizin dərinliklərinə batıra bilər" fikrini bir daha xatırladıb.
Həmçinin, Britaniyanın nüvə silahı ilə məhv edilə biləcəyi kimi hədə dolu ifadələr səsləndirən jurnalist “Niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər?” – deyə sual verib. (modern.az)