Azərbaycanda sabiq məmur intihar etdi
Zaqatalada sabiq məmur intihar edib.
Globall.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Uzun müddət Zaqatala Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik edən Mehdi Seyidov özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: