Zelenskini Hitlerə bənzədən Lavrova Fransadan CAVAB:
"İYRƏNCDİR!"
Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya XİN rəhbəri Sergey Lavrovun İkinci Dünya müharibəsi ilə bağlı açıqlamalarını pisləyib və onları iyrənc manipulyasiya adlandırıb.
Globall.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Tvitter səhifəsində məlumat verib.
“Cənab Lavrovun və onun nazirliyinin İkinci Dünya müharibəsinin vəhşilikləri ilə bağlı tarixi manipulyasiyası sadəcə olaraq iyrəncdir. Mən bu qəbuledilməz və iyrənc ritorikanı qınayıram. Biz Rusiyanın Ukraynadakı müharibəylə bağlı dezinformasiyası ilə mübarizəni davam etdirəcəyik” - Jan-İv Le Drian vurğulayıb.
Xatırladaq ki, Sergey Lavrov İtaliya televiziya şirkətinə müsahibəsində Zelenskinin Hitlerə bənzədiyini bildirmişdi. (publika.az)
Oxunub: 337
Xəbəri paylaş
Paylaş: