“Bayraktar” Rusiyanın zenit-raket kompleksini
MƏHV ETDİ - VİDEO
Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar” PUA-sı Rusiyanın ələ keçirdiyi Qara dənizdəki Zmeynı adasında Rusiyaya məxsus zenit-raket kompleksini məhv edib.Globall.az lent.az-a istinadla xəbər verir ki, müvafiq video Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Facebook” səhifəsində yayımlanıb.
Ukraynalı jurnalist Roman Tsımbalyuk onda olan məlumatlara istinadən xəbər verib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Zmeynı adasında olan Rusiya Silahlı Qüvvələrinin bütün hərbçiləri həlak olub.
Rusiya Silahlı Qüvvələrinin komandanlığı da Zmeynidə olanların hamısını itkin düşmüş hesab edir.
Qeyd edək ki, bundan əvvəl “Bayraktar” həmin adada Rusiyanın iki “Raptor” patrul katerini məhv etmişdi.
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: