Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezidentin mətbuat konfransında olay: iranlı jurnalist qarşı suala tuş gəldi və... çarəsiz duruma düşdü
  • Prezident İlham Əliyev Gəncədə səfərdə olub
  • Avropa İttifaqının Prezidenti sərhəddəki gərginliklə bağlı İlham Əliyevə ZƏNG ETDİ
  • Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
  • Zelenski İlham Əliyevə zəng etdi
  • Azərbaycana qarşı çalışan şəxslərlə bağlı FAKTLAR: Qumda şəbəkə yaratmış adamların hamiləri kimlərdir?

    • Tarix: 5-05-2022, 12:00


    Ötən həftə Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən beynəlxalq tədbirdə İrandan gəlmiş ekspert Prezident İlham Əliyevə Şuşa qurultayında Güneylə bağlı səslənən fikirlərə dair suallar verib. Prezident həmin qurultayda səslənən fikirlərin Azərbaycanın rəsmi mövqeyi olmasını iddia edən iranlı ekspertə olduqca tutarlı cavab verib.

    Həmin cavabda ən maraqlı məqamlardan biri İlham Əliyevin Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxsləri İrandan istəməsi haqda idi. Prezident deyib ki, bir neçə il öncə İranın sabiq prezidenti Həsən Ruhaniyə 20 nəfərin siyahısını verib. O adamlar Azərbaycan əleyhinə açıq fəaliyyət göstərənlərdir. Böyük ehtimalla, siyahıda Gəncə terrorunda iştirak edənlərin də adları var.

    Prezident ilk dəfə işarə etdi ki, Gəncədə 2018-ci ilin iyulunda törədilən terrorun arxasında İrandakı müəyyən qüvvələr dayanır.

    Prezidentin İran tərəfinə adlarını verib təslim olunmalarını tələb etdiyi 20 nəfərlik siyahıda kimlər var?

    1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən İran izinə düşüblər. Məsələn, 1997-ci il fevralın 21-də Bakının mərkəzində, yaşadığı binanın blokunda böyük alim, akademik Ziya Bünyadov qətlə yetirildi.
    1 il sonra istintaqçılar qatil dəstəsinin izinə düşdülər və 2 dəstə üzvü ələ keçdi.

    Təqsirləndirilən Nizami Nağıyev və Mahir Zeynalovun ifadələrindən belə aydın olurdu ki, onlara İrandan gəlmiş “Nəsrullah” ləqəbli şəxs rəhbərlik edib. Dəstədə Nizami Nağıyev və Mahir Zeynalovdan başqa Cavanşir Aslanov, Qalib Babayev, Tariyel Ramazanov adlı şəxslər də olublar.

    Hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbsdə olan Nizami Nağıyevlə 2018-ci ilin fevralında saxlanıldığı məhbəsdə görüşüb müsahibə almışdıq.

    “Ziya Bünyadovun qatili həbsxanada danışdı - sensasion açıqlamalar”( https://musavat.com/news/ziya-bunyadovun-qatili-hebsxanada-danisdi-sensasion-aciqlamalar_506470.html) sərlövhəsi altında dərc edilən silsilə müsahibəsində Nizami Nağıyev cinayəti İrandan gəlmiş şəxslərin sifarişi, təşkilatçılığı ilə törətdiklərini açıqlamışdı. Dəstənin ələ keçməyən üzvlərinin də İrana qaçdıqlarını, özünün də İrana qaçmaq niyyətinin olmasını gizlətməmişdi.  

    Gence hadiseleri (1).jpg (68 KB)

    Bu gün İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti ilə seçilən şəxslər az deyil. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı planlaşdırılan və gerçəkləşdirilən terrorun, bu hadisədən sonra Gəncədə polislərin xəncərlə öldürülməsi cinayətinin də İranla əlaqəli şəxslərin aktiv iştirakı, təşkilati dəstəyi ilə həyata keçirilməsinə dəlalət edən faktlar var.

    Elmar Vəliyevə silahlı hücumu gerçəkləşdirən Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərən Tohid İbrahimbəyli bu gün İranda “Huseyniyyun” (Hüseynçilər)  adlı təşkilatın rəhbəridir. O, İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirməklə özünün təşkilatına üzv edir. Tohid İbrahimbəyli “Hüseyniyyun” təşkilatını 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində yaratmaq niyyətində olduğunu Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 azərbaycanlı tələbəyə bildirib. Azərbaycanlı tələbələrdən ibarət olacaq silahlı dəstə - “Hüseyniyyun”un Suriya ərazisində İŞİD ilə mübarizə aparacağını bildirib. Bu gün həmin təşkilatda olan İranda məskunlaşmış Orxan Məmmədov, Tohid İbrahimbəyli, Əkrəm Hacızadə, Musa Əsədzadə, İsgəndər Hüseynzadə və Rövşən Əsədov Azərbaycanda dövlət əleyhinə cinayətlərinə görə beynəlxalq axtarışa veriliblər. Buna baxmayaraq, bu şəxslər ötən ilin fevralında İranın paytaxtı Tehranda keçirilən konfransda peyda olublar. “Hüseyniyyun” terror təşkilatının axtarışda olan və Azərbaycanda barələrində  cinayət işi olan üzvləri - Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov fəxri qonaq kimi iştirak ediblər.

    Yunis Səfərovu sui-qəsdə hazırlayan Tohid İbrahimbəyli kimdir? – FOTOLAR –  Yenicag.Az

    Tohid İbrahimbəylinin SEPAH-ın öldürülmüş komandiri Qasım Süleymani ilə də yaxın əlaqəsi olub.

    O, 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra İranın siyasi maraqları uğrunda vuruşmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşqdə olarkən Tohid İbrahimbəyli onları təkcə Suriyada deyil, Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, Tohid  İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra İbrahimbəylinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T.İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E.Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və Tohid  İbrahimbəyli tərəfindən təhqir edilib. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər. 2018-ci ildə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum oldu ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Qeyd edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

    T.İbrahimbəyli mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə xain çağırışlar etməklə tanınır. Onun və başının dəstəsinin Gəncə terroru və 44 günlük Vətən müharibəsi günlərində Azərbaycana qarşı mövqeyi də düşmənlə eyni cərgədə dayanmaqdan başqa bir şey deyil. 

    Əli Kərimlinin İsgəndər Hüseynzadə sevgisi...

    Onun dəstəsində olan İsgəndər Hüseynzadə 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun barəsində “Dövlətə xəyanət” və “terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Həmin il beynəlxalq axtarışa verilib. O, Qumda fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin rəhbəridir. Eyniadlı sayt da bu müəssisənin media orqanı olaraq fəaliyyət göstərir. Bu saytda və eyni adlı feysbuk səhifəsində mütəmadi olaraq Azərbaycan dövlətinin əleyhinə informasiyalar tirajlanır. İsgəndər  Hüseynzadə “Hüseyniyyun” qruplaşmasının əsas rəhbərlərindən və Gəncə terrorunun təşkilatçılarındandır. Cəlilabad rayonundan olan kürəkəni Şamxal Eyvazov da Qumda təhsil alıb, İranın dini dairələrinə bağlı olan “sizinyol” saytında çalışıb, əsas işi Azərbaycanda qayınatasının istəyinə uyğun dini təbliğat aparmaq olub. 2018-ci ilin martında Qumdan Azərbaycana qayıdıb, apreldə həbs olunub.

    Böyük ehtimalla, Prezidentin İran rəhbərliyinə təqdim etdiyi 20 nəfərlik siyahıda bu yazıda adları sadalanan şəxslər də var. Onların İran tərəfindən Azərbaycana verilməməsinin özü də bir göstəricidir. İrandan Azərbaycana gələn “ekspert”lər də bu məsələləri diqqətə almaq məcburiyyətindədirlər.
    (musavat.com)

    Oxunub: 653
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.