Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
Paşinyanın valideynləri: 12 YAŞINDAN NİKOLU ÖGEY ANASI BÖYÜDÜB -  FOTOLAR
SABİQLƏRLƏ BAĞLI SENSASİON İDDİA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Press-fakt.az
    
  • Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI - 
    Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI -  Taksi qiymətləri kəskin bahalaşdı /FOTO
  • 
  • Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib -
    Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib - Görüşün DETALLARI
  • 
  • Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
    Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
  • 
  • "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"-
    "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"- Simonyan
  • 
  • Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ -
    Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ - FOTOLAR
  • 
  • BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ -
    BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI
  • 
  • "Bu canavara yalnız ölüm hökmü verilməlidir"-
    "Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi
  • 
  • 7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB -
    7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB - 72 mindən çoxunun maaşı ARTIRILACAQ
  • 
  • “Habertürk” və “Show TV”yə həbs qoyuldu -
    “Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
  • 
  • Bağça müəllimlərinin sertifikasiyası -
    Bağça müəllimlərinin sertifikasiyası - Nazir tarixi AÇIQLADI
  • 
  • “Ukraynada müharibə daha iki il davam edəcək”-
    “Ukraynada müharibə daha iki il davam edəcək”- Avropa İttifaqı acizliyini etiraf edir
  • 
  • Daha bir ölkədən İsrailə qadağa:
    Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
  • 
  • "Formula 1"lə bağlı bəzi məktəblərdə
    "Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
  • 
  • Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
    Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
  • 
  • Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL:
    Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL: “NİYƏ KƏNDİNİZƏ QAYITMAQ İSTƏMİRSİNİZ?”- VİDEO
  • 
  • Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
    Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
  • 
  • “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”-
    “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”- DEPUTAT
  • 
  • İrəvandan Zəngəzur açıqlaması:
    İrəvandan Zəngəzur açıqlaması: Başladı, Mehridə dağlar dağıdılır
  • 
  • Manaf Ağayevin oğlu işdən ÇIXARILDI -
    Manaf Ağayevin oğlu işdən ÇIXARILDI - Etimadı doğrultmayıb
  • 
  • Bakının bu ərazilərində kütləvi söküntü başlayır -
    Bakının bu ərazilərində kütləvi söküntü başlayır - VİDEO
  • 
  • Sabah 4 şəhidimiz dəfn olunacaq -
    Sabah 4 şəhidimiz dəfn olunacaq - ADLAR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Kadırovdan Mariupol ilə bağlı ŞOK AÇIQLAMA: Günorta saatlarında...
  • SON DƏQİQƏ: Rusiya Mariupolu ələ keçirdi - VİDEO
  • Mariupol ələ keçirildi, qorxunc faktlar üzə çıxdı: Cəsədləri zibil maşınları ilə... - FOTO
  • Mer: "Ukrayna hərbçiləri daha bir şəhərdə Rusiyanın hücumunu dəf edib"
  • Şəhər meri: "Mariupolda azı 10 min dinc sakin ölüb"
  • “Çeçenlər qadın və uşaqlara təcavüz edirdilər” - Mariupol DƏHŞƏTLƏRİ

    • Tarix: 5-05-2022, 14:38



    Ukraynanın cənub-şərqindəki liman şəhəri Mariupol həftələrlə davam edən bombardmandan sonra demək olar ki, tamamilə Rusiyanın nəzarətinə keçib. Şəhərdən qaça bilmiş insanlar təxliyədən əvvəl saxlandıqları düşərgədə vəziyyətin çox pis olduğunu deyirlər.

    Globall.az
    xəbər verir ki, bu barədə BBC Azərbaycan-ın hazırladığı materialda bildirilir.

    Qeyd edilir ki, Oleksandr və Olena keçən həftə Mariupoldan qaça bilmiş az sayda insanlardandır. Ukrayna hərbçilərinin olduğu "Azovstal" polad zavodunun ərazisi istisna olmaqla, Mariupol, demək olar ki, tamamən Rusiyanın nəzarətindədir və faktiki olaraq ətraf dünyadan təcrid olunub.
    Təxminlərə görə, şəhərdə 100 min insan qalıb. Onların hansı şəraitdə yaşamasıyla bağlı məlumat azdır və bunu müstəqil şəkildə təsbit etmək çətindir.

    Ukraynanın qərbindəki nisbətən təhlükəsiz Lvov şəhərinə gəlmiş cütlük fasiləsiz olaraq bombardman edilən Mariupolda sağ qala bilib. Rusiyanın mülki şəxsləri saxlamaq üçün bu şəhərdən bir qədər kənarda yaratdığı "filtrasiya düşərgəsində" onların başına gələnlər tükürpədicidir.
    Oleksandr və Olenanı Mariupolun şimal-qərbindəki Nikolske kəndində - köhnə məktəb binasında yaradılmış qaçqınlar mərkəzinə aparıblar.
    "Düşərgə əsl həbs düşərgəsi kimiydi", - 49 yaşlı Oleksandr deyir.

    Orda həm onun, həm arvadının barmaq izlərini götürüblər, hər yöndən fotoşəkillərini çəkiblər və "həbsxanadakı kimi" bir neçə saat sorğu-sual ediblər. Daha əvvəl Oleksandr və Olena rusiyalı hərbçilərin yoxlayacağından ehtiyat edərək telefonlarından Ukraynaya aid hər şeyi, o cümlədən, qızlarının Ukrayna bayrağı fonundakı fotolarını siliblərmiş.

    Təxminləri doğru çıxıb. Oleksandr deyir ki, onun jurnalistlər, hökumət nümayəndələri və ya hərbçilərlə əlaqəsi olub-olmadığını öyrənmək üçün telefonundakı şəkilləri və nömrələri araşdırıblar: "Kiminsə "ukraynalı nasist" olmasından şübhələnirlərsə, onu daha çox sorğu-suala çəkirlər və cinayət işi açmaq üçün Donetskə aparırlar. Vəziyyət çox təhlükəli və riskliydi. Ən kiçik bir şübhəyə və ya etiraza görə sorğu-sual və işgəncə üçün zirzəmiyə salırdılar. Hamı Donetskə aparılmaqdan qorxurdu".

    Düşərgədə Oleksandr və Olenaya ordan qaçmaq üçün kömək təklif edənlər olub. Ancaq cütlük bunu deyənlərin rusiyalılarla əlbir olmasından ehtiyat edib. Nəhayət, təxliyə siyahısına onların da adı yazılıb. Lakin problemlər bitməyib.

    Olen deyir ki, "Filtrasiya düşərgələrində vəziyyətin nə qədər dəhşətli olduğunu təsəvvür belə edə bilməzsiniz. Yaşlı adamlar dəhlizdə, yorğan-döşəksiz yatırdılar. Minlərlə insan üçün sadəcə bir tualet, bir əl-üz yuyan vardı. Az sonra dizenteriya yayılmağa başladı. Yuyunmaq, özünü təmizləmək mümkün deyildi. Hər yerdən üfunət iyi gəlirdi".

    Düşərgəyə gətiriləndən bir gün sonra cütlüyün sabunu və dezinfeksiya vasitələri qurtarıb, bir neçə gün sonrasa tualet kağızı və gigiyena bezləri də tükənib.

    Sorğu-sual bitəndən sonra cütlüyə 148-ci təxliyə avtobusuna minməyə icazə verilib. Amma bir həftə sonra cəmi 20 avtobus qalıb. Orda Rusiyaya gedən avtobuslar da olub, həm də çox sayda. Düşərgədəki rəsmilər Olena və Oleksandrı şərqə gedən bir avtomobilə də mindirməyə çalışıblar. Ona görə cütlük ilk günlərdə onlara qaçmaq üçün yardım təklif etmiş şəxsdən kömək istəmək məcburiyyətində qalıblar.

    "Başqa seçim yoxdur. Ya zorla Rusiyaya aparılmaq, ya da şəxsi maşınlarını təklif edən adamlara etibar etmək. Avtobusların çoxu Ukrayna əvəzinə Rusiyaya gedir. Müharibə başlayandan sonra mülki əhalinin təxliyəsinə heç bir şəkildə icazə vermədilər. Bunu dinc sakinləri öldürmək əmrinin verilməsi kimi qəbul edə bilərik", - Mariupolun bələdiyyə sədri Vadim Boyçenko bildirir.

    Olena danışır ki, Rusiya hərbçilərinə təqdim etmək üçün lazımi sənədləri olmadığından sürücü onları Rusiyanın nəzarətindəki Berdyansk şəhərinə torpaq yollarla, nəzarət məntəqələrinin arxasındakı dar yollarla aparıb.

    Daha sonra cütlük Ukraynanın nəzarətindəki ərazilərə keçmək məqsədilə riskə getməyə hazır olan başqa bir sürücüylə əlaqə yaratmağa çalışıb və buna üç gün sərf edib. Ardınca Olena və Oleksandr Rusiya hərbçilərinin 12 nəzarət postunu keçib Zaporojyeyə, ordan da gecə qatarıyla Lvova gediblər. Həmin gün o şəhərə gedənlər arasında Valentina və Yevgeni də olub. Onlar da keçən həftə Mariupoldan qaça biliblər. Cütlük bir maşına minib Ukraynanın qərbindəki kiçik bir şəhərə yollanmağı planlaşdırıb.

    58 yaşlı Valentina deyir ki, bəlkə də yaşlarına və ərinin fiziki qüsuruna görə filtrasiya düşərgəsində onların yoxlanışı uzun sürməyib, amma ordakı gənclərin vəziyyəti çox pisdir: "Filtrasiya düşərgəsi getto kimidir. Rusiya hərbçiləri insanları qruplara ayırırlar. Ukrayna ordusuyla əlaqəli olması şübhəsi doğuranlar, ölkəsini müdafiə edənlər, jurnalistlər və dövlət işçiləri təhlükəli qrupdadırlar. Bu insanları Donetskdəki həbsxanalara aparırlar və orda işgəncə verirlər".

    Cütlüyün sözlərinə görə, filtrasiya düşərgələrində saxlananların çoxunu Rusiyaya göndərirlər. Olena və Oleksandr kimi, onlar da sürücüləri sayəsində qaça bildiklərini vurğulayırlar.

    "Ukraynalı hərbçiləri və Ukrayna bayrağını görəndə, ukraynca danışıldığını eşidəndə avtobusdakıların hamısı ağlamağa başladı", - Valentina belə deyir.

    Mühasirədə yaşamaq

    Qaçmazdan əvvəl bu insanlar Mariupolda həftələrlə mühasirə şəraitində yaşayıblar. Rusiya hərbi qüvvələri şəhəri bombalayaraq küçə-küçə irəliləyiblər. Orda baş verənlərin detalları Valentina, Oleksandr və Olena kimi Mariupoldan qaça bilmiş şəxslərin mətbuata açıqlamaları sayəsində bilinməyə başlayıb.

    Əhalinin böyük əksəriyyəti içməli su və ərzaq qıtlığından əziyyət çəkib. Oleksandr və Olena bir restoranın zirzəmisinə sığınıblar və ordakı konservlər sayəsində sağ qala biliblər. Amma içməli suları olmayıb. Oleksandr su yığmaq üçün çöldəki quyulara tərəf necə qaçdığını təsvir edir:
    "Bu, çox təhlükəliydi, çünki ruslar dayanmadan atırdılar. Bizi kombinin suyu xilas etdi. Evakuasiya üçün zirzəmidən çıxanda qazanımızdakı su da bitmişdi".

    Valentina və Yevgeni yemək tapmağın çətinliyindən danışırlar, deyirlər ki, insanlar müharibədən əvvəlki ehtiyatlarıyla - bağlarında yetişmiş bir neçə kartofla, yarmalarla, konservlərlə dolanıblar; özlərində olanları həm də qonşularıyla bölüşüblər. Təhlükəli olduğu üçün quyudan su götürməyə getməyiblər. Qar yağanda seviniblər, onu əridib suya çeviriblər.

    Valentina Çeçenistan hərbçilərinə nifrət edir. Məlumatlara görə, onlar müharibənin əvvəlindən Ukraynada döyüşürlər və Mariupolun mühasirəyə alınmasında yaxından iştirak ediblər.

    Valentina çeçen döyüşçüləri qadın və uşaqları zorlamaqda ittiham edir: "Onlarla cinsi əlaqədə olmaq istəməyən qızları və qadınları öldürdülər. İnsanların bu qədər vəhşi ola bilməsinə mat qalıram. Nə insanlıqları var, nə mərhəmətləri".

    Valentina və Yevgeni şəhərin şimal hissəsindəki sığınacaqlarda gizləndikləri üçün sağ qaldıqlarını deyirlər. Amma bombardmanların birində o ərazi də dağıdılıb. Yevgeni beyin sarsıntısı keçirib, bunun nəticəsində onda eşitmə problemi yaranıb. Həmin gün cütlüyün qonşusu da ağır yaralanıb.
    Qaçmağı qərarlaşdırana qədər onlar müxtəlif sığınacaqlarda qalıblar. Şəhərdən çıxanda isə Rusiyanın bombardmanı nəticəsində yaranmış dağıntıları görüblər.

    "Mən tamamən dağıdılmış, yanmış boş binalar gördüm. Çoxlu cəsəd gördüm. Şəhər artıq yoxdur, hətta divarları da qalmayıb. Nəhəng xarabalığa çevrilib. Zorakılığın bu boydasını qətiyyən təsəvvür edə bilməzdim", - Valentina deyir.

    Hər iki cütlük Rusiyanın hücumundan sonra Ukraynanın müqavimət və iztirablarının simvoluna çevrilmiş Mariupoldan qaça bilib. Onlar münaqişə nəticəsində didərgin düşmüş 11 milyon ukraynalıdan yalnız dördüdür və indi qeyri-müəyyən bir gələcəklə üz-üzədirlər.

    Oxunub: 350
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      11-09-2025
      14:55 | Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI -  Taksi qiymətləri kəskin bahalaşdı /FOTO
      14:44 | Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib - Görüşün DETALLARI
      14:40 | Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
      13:45 | "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"- Simonyan
      13:40 | Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ - FOTOLAR
      13:10 | BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI
      13:05 | "Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi
      13:00 | 7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB - 72 mindən çoxunun maaşı ARTIRILACAQ
      12:55 | “Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
      12:50 | Bağça müəllimlərinin sertifikasiyası - Nazir tarixi AÇIQLADI
      12:30 | PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
      12:25 | “Ukraynada müharibə daha iki il davam edəcək”- Avropa İttifaqı acizliyini etiraf edir
      12:22 | Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
      12:20 | "Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
      12:17 | Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
      12:00 | Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL: “NİYƏ KƏNDİNİZƏ QAYITMAQ İSTƏMİRSİNİZ?”- VİDEO
      11:55 | Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
      11:50 | “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”- DEPUTAT
      11:45 | Trampdan Netanyahuya sərt REAKSİYA: Qətərdəki hücum ağılsızlıq idi!
      11:30 | İrəvandan Zəngəzur açıqlaması: Başladı, Mehridə dağlar dağıdılır
      11:20 | ABŞ-nin 2026-cı il üçün HƏRBİ XƏRCLƏRİ TƏSDİQLƏNDİ - 900 MİLYARD DOLLAR
      11:15 | Döyüş xətləri çəkilir, Avropa hərəkətə keçməlidir - Von der Leyen
      11:10 | Manaf Ağayevin oğlu işdən ÇIXARILDI - Etimadı doğrultmayıb
      11:05 | Bakının bu ərazilərində kütləvi söküntü başlayır - VİDEO
      11:00 | Sabah 4 şəhidimiz dəfn olunacaq - ADLAR
      00:45 | Paşinyanın valideynləri: 12 YAŞINDAN NİKOLU ÖGEY ANASI BÖYÜDÜB -  FOTOLAR
      00:40 | ABŞ Kərimovun “Amadea” yaxtasını 100 milyon dollara hərraca çıxardı
      00:36 | Türkmən qazı da Zəngəzur dəhlizindən KEÇƏCƏK - "Anadolu" agentliyi
      00:30 | "ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib"- "Münaqişəni dərinləşdirib..."- Paşinyan
      00:25 | Rusiyada daha bir azərbaycanlıya hökm oxundu
      00:20 | İsrail Yəməndə mülki obyektlərə RAKET ATIB -  ÖLÜ SAYI 35 nəfərə çatıb
      00:15 | Fransada iğtişaşlar zamanı 300-dən çox aksiyaçı saxlanılıb
      00:10 | Sabahdan Rusiyadakı azərbaycanlılar geri dönürlər? - Deputatın şərhi
      00:05 | Tbilisidə insident: etirazçılarla polis arasında qarşıdurma yarandı
      00:00 | Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
      10-09-2025
      21:45 | "ONU HEÇ NƏ XİLAS ETMƏYƏCƏK"- "Heç bir güzəşt olmayacaq..."
      21:35 | Bu şəxslərin işdən azad olunması qadağan edilsin - Deputatdan təklif
      21:30 | 9 milyona təmirsiz mənzil (!) - Paytaxda dodaquçuqladan ev qiyməti...
      21:25 | Almaniya Ukraynaya dəstək baxımından dünyada birinci yerdədir - Pistorius
      21:15 | QUMAR MAFİYASININ 20 MİLYONLUQ SƏRVƏTİ - Evlər, obyektlər, lüks avtomobillər…
      21:10 | Paşinyan İrəvanın Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb
      21:05 | "Qızıla sərmayə qoymayın"- Ekspertdən XƏBƏRDARLIQ
      21:00 | Polşaya PUA hücumu ilə bağlı Rusiyadan İLK AÇIQLAMA
      19:40 | "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"- Ermənistanın Baş naziri
      19:15 | AEROPORTDAN ŞƏHƏRƏ BU QİYMƏTƏ GEDƏCƏYİK...-  "Burada əsas məqsəd qiyməti artırmaqdır"
      19:05 | İsrail səfirindən HƏMAS-a açıq təhdid: “Bu dəfə olmadısa, növbəti dəfə olacaq”
      19:00 | Azərbaycanda ƏN ÇOX BAHALANAN məhsulların adları AÇIQLANDI
      18:55 | Sərkisyan xalqı Paşinyanı devirməyə çağırdı
      18:50 | Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
      18:45 | PUTİN NƏ ETMƏK İSTƏYİR? -  Rusiya NATO-nun nəbzini yoxlayır, yoxsa?..
      18:40 | Emin Ağalarovun Moskvadakı restoranları BAĞLANDI
      18:30 | NATO Rusiya-Polşa gərginliyini həll etmək üçün TOPLANIR
      18:18 | Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan
      18:10 | Prezident Yazıçılar Birliyinin Yaradıcılıq Evinin AÇILIŞINDA - FOTOLAR
      13:35 | HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB -  MİT-dən xüsusi ƏMƏLİYYAT
      13:25 | Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
      13:15 | Polşa Belarusla sərhədə 100 -150 minlik qoşun toplayır - VİDEO
      13:10 | Gəncədə ağır qəza: 8 nəfər xəsarət aldı -  FOTO
      12:15 | İraqda oğurlanan israilli alim sərbəst buraxıldı
      12:00 | Polşaya HÜCUMA MOSKVADAN REAKSİYA - “Zelenski dronlarımızı ələ keçirərək Polşaya zərbə endirib”
      11:45 | “Bozqurd”un döyüşçüsü Ukraynada vəfat etdi
      11:40 | NATO-dan Rusiyanın Polşaya həmləsinə inanılmaz reaksiya
      11:30 | “Bu, inhisarçılıqdır”-  "Seçim azadlığı pozulur..."
      11:25 | Dünya bazarlarında neftin qiyməti 67 dollara yaxınlaşıb
      11:20 | RUSİYA PUA-larla NATO ÖLKƏSİNƏ HÜCUM ETDİ - Polşada aeroportlar bağlandı, NATO-ya müraciət olundu
      11:15 | Ağdamda 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb
      11:10 | Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | Şıxlınskinin həbs müddəti uzadıldı, maddəsi ağırlaşdırıldı
      00:20 | SABİQLƏRLƏ BAĞLI SENSASİON İDDİA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
      00:15 | Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
      00:10 | İsrailin hücumu qorxaqlıqdır, suverenliyimizə təhdiddir! - Məcid əl-Ənsari
      00:05 | Dünya müharibəyə sülhdən daha çox pul xərcləyir - Qutarreş
      00:00 | III Dünya Müharibəsi başlayıb - Maduro
      09-09-2025
      22:10 | Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
      20:30 | LİDERLƏRİN evləri yandırıldı, BAŞ NAZİR İSTEFA VERDİ - Nepalda siyasi böhran
      20:20 | İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd etdiyini bildirdi
      20:00 | Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
      19:45 | Azərbaycan vətəndaşlarını kim yoxlayacaq?- "Tramp marşrutu" necə reallaşacaq?- VİDEO
      19:40 | Növbəti dörd gündə güclü külək əsəcək -  XƏBƏRDARLIQ
      17:00 | TIXAC KABUSU YAXINLAŞIR...- Paytaxtı daha ÇƏTİN GÜNLƏR GÖZLƏYİR - Ekspert
      16:55 | Sabiq rektor Elşad Abdullayevin məhkəməsi QAPALI KEÇİRİLDİ
      16:45 | Azərbaycan Ordusunun çinli əsgəri - "Məni çox maraqla qarşıladılar"- VİDEO
      16:35 | Məhkəmə Qabil Məmmədova 16 İL HƏBS qərarı ÇIXARDI
      14:30 | Sabiq nazir müavini direktor vəzifəsindən də çıxarıldı - Yeni vəzifə verildi
      14:25 | Rusiya Donetskdə DİNC SAKİNLƏRİ BOMBALADI, 20-dən ÇOX ÖLÜ VAR - Zelenski
      14:20 | Aeroportdan şəhərə taksi sifarişlərinə qadağa qoyulub?- VİDEO
      14:00 | Sabah bəzi rayonlara leysan yağacaq - Hava PROQNOZU
      13:45 | Consondan Ukrayna çağırışı: Rusiya vurulmalıdır
      13:40 | “BMT TŞ günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib”-  İlham Əliyev
      13:35 | BU ƏRAZİDƏ TAKSİ XİDMƏTİ İNHİSARA ALINIR?- “Hansısa ingilisdilli "qaqulya" balası düşünüb ki...”
      13:15 | İsrail ordusu Qəzzadakı 1 milyon fələstinlini hədələdi: Cənuba qaçın...
      13:00 | Keçmiş məcburi köçkünlər tutduqları evləri TƏRK ETMƏLİDİR - Tural Abbaslı
      12:50 | Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı müxalifətə xəbərdarlıq etdi
      12:45 | Fransada siyasi böhran dərinləşir - Bayrou hökuməti buraxıldı
      12:35 | SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... /FOTOLAR
      12:30 | Zəngəzur dəhlizində tikinti işləri gələn il tamamlanacaq - RƏSMİ
      12:15 | Kuleba Ukraynadan qaçıb?-  Sabiq XİN başçısı ətrafında müəmmalı durum yaranıb
      12:10 | Belarus casus şəbəkəsi ifşa edildi -  Çexiya, Rumıniya və Macarıstandan birgə əməliyyat
      11:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.