Rusiya 9 maya belə hazırlaşır
- FOTO
Rusiyada mayın 9-da ənənəvi Qələbə Günü qeyd olunacaq.
Globall.az xəbər verir ki, Rusiya ordusu Qızıl Meydanda hərbi paradın məşqini keçirib. Parad hazırlığından görüntülər yerli mətbuatda paylaşılıb.
Qeyd edək ki, bu il alman faşizmi üzərində qələbədən 77 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə hərbi parad Qırmızı Meydanda təşkil olunacaq.
Bu il Moskvaya paradda iştirak etmək üçün xarici ölkələrin liderləri çağırılmayıb. Rusiyanın bu addımı Ukraynada davam edən müharibə ilə əlaqələndirilir. (modern.az)
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: