Kadırov Putini "yumşaqlığına" görə tənqid edib
Ramzan Kadırov və Vladimir PutinRusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından artıq iki ay keçib. Rusiya-Ukrayna müharibəsində adı tez-tez hallanan Çeçenistan prezidenti Ramzan Kadirov Rusiya prezidenti Vladimir Putinə çağırış edərək onu “Ukraynaya qarşı mülayim davrandığı “ üçün tənqid edib.
Böyük Britaniya mediası Putindən sonra Rusiyanın ən zəngin siyasətçisi olduğuna inanılan Kadirovun Rusiya hərbi birlikləri arasında Putinlə bağlı narazılıqları da qızışdırdığını irəli sürüb. Kadirov Putindən Ukraynanın böyük şəhərlərini ələ keçirməyi və vəziyyəti idarə edə bilmək üçün güclü bombardmanlar etməsini tələb edib.
“İkinci mərhələyə başlamağımız - Xarkov, Kiyev, Xerson da daxil olmaqla bütün şəhərələrə tamamilə daxil olmağımız və idarəetməni yaratmağımız lazımdır”,- deyə Kadirov bildirib. O həmçinin qeyd edib ki, hər zaman döyüşməyə hazırdır:
“Bizimlə münasibət yaratmaq istəyən ölkələrlə dialoqa davam edin. Sanksiya istəyərlərsə, sanksiyalara qarşı döyüşərik. Müharibə istəyərlərsə, müharibə edərik. Bir döyüşçü kimi dövlətin rəhbərliyindən bu qərarı almasını xahiş edirəm. Nə qədər tez olsa, o qədər yaxşıdır. Biz Putindən əmr gözləyirik. Yoldaş Ali Baş Komandan qulluqçularımız hazırdır”.
Xatırladaq ki, Rusiya Federasiyasının tərkibində Çeçenistan Muxtar Respublikasının lideri Ramzan Kadirov bir müdət əvvəl Ukraynanın cənubundakı Luqansk və Donetsk bölgələrini tammailə azad edəcəklərini, daha sonra isə Kiyev və digər şəhərləri alacaqlarını bildirmişdi. Rusiyanın əməliyatlarının təkcə Mariupolla bitməyəcəyini vurğulayan Kadırov bütün şəhərlərə və bütün kəndlərə hücumların olacağını bildirmişdi./bizimyol