“Rusiyanın qələbəsi bütün dünyanın məhvi və məğlubiyyətidir”-
Ukrayna Prezidenti
Böyük itkilərə və bütün ilkin planların iflasa uğramasına baxmayaraq, Rusiya Ukrayna ilə bağlı ambisiyaları dəyişmir.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin “Fox News” telekanalına müsahibəsində deyib.
Rusiya prezidenti Vladimir Putin Moskvadakı paradda hansı bəyanatları səsləndirirsə də bunun Ukrayna üçün heç bir əhəmiyyəti olmayacaq.
O qeyd edib ki, rusların qələbəsi bütün sivil dünyanın məhvi və məğlubiyyətidir.
"Bu, bizim üçün heç nəyi dəyişmir. Müharibə 8 il davam edə bilər. İrimiqyaslı müharibə isə 70 gündən çoxdur ki. davam edir. Ruslar Ukrayna şəhərlərini yerlə-yeksan edir. Bütün bunları Hollivud qorxu filmlərində nümayiş etdirmək olar", - deyə Zelenski bildirib.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: