Baydenin xanımı Ukraynaya gizli səfəri barədə nələri YAZDI
ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Ukraynaya gizli səfər edib. O, səfər zamanı Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə birlikdə Ujqorodda məcburi köçkünlərin məskunlaşdığı məktəbə baş çəkib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Cill Bayden Analar Gününü ukraynalı analar və onların uşaqları ilə birlikdə keçirmək istədiyini bildirib.
"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyanı nə qədər ruhlandırdığını çatdıra bilərəm və onlara tək olmadıqlarını xatırlada bilərəm. Mən bir ana olaraq, Rusiyanın səbəbsiz hücumuna görə onların hər gün necə kədər və narahatlıq keçirdiklərini təsəvvür edə bilirəm. Slovakiya və Rumıniya xalqının evlərini, məktəblərini, xəstəxanalarını və ürəklərini necə açdığını öz gözlərimlə gördüm”, - C.Bayden sosial şəbəkə hesabında Ukraynaya səfəri haqqında yazıb.